RU
Hacı Əliyev Hindistan Liqasına qələbə ilə başladı - VİDEO
12:55
628

Hacı Əliyev Hindistan Liqasına qələbə ilə başladı - VİDEO

Sərbəst güləş üzrə üçqat dünya, ikiqat Avropa çempionumuz, İslamiadanın qalibi, Olimpiadanın mükafatçısı Hacı ƏliyevHindistan Pro Liqasında ilk görüşünü keçirib.

7News.Az-ın xəbərinə görə, 27 yaşlı idmançımız (-65 kq) "MP Yodha” komandasının kapitanı kimi ötən il çıxış etdiyi "Dehli Sultanları”nın güləşçisi Andrey Kvyatkovski ilə qarşılaşıb. Güləşçimiz ukraynalı rəqibinə 9:2 hesabı ilə qalib gəlib. 

Bu komandada çıxış edən qadınlardan ibarət millimizin bolqarıstanlı üzvü Elise Manolova isə döşək üzərinə çıxa bilməyib. Buna səbəb reqlamentə uyğun olaraq rəqib komandanın kapitanı tərəfindən blok edilməsidir. Ümumilikdə isə güləşçilərimizin komandası 4:3 hesabı ilə qalib gələrək ilk xalını qazanıb.

Qeyd edək ki, "MP Yodha” sabah ötənilki çempion "Mumbey Maharathi”yə qarşı çıxış edəcək.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ