7NEWS.az xəbər verir ki, Dünyanın hər yerindən Həcc fərzini yerinə yetirmək üçün müqəddəs torpaqlarda olan müsəlmanlar Qurban bayramı öncəsi son cümə namazını qılmaq üçün Kəbəyə axışıblar. Vaxtı çatanda on minlərlə zəvvar Məscidül-Həramda namaz qılmaq üçün dayanaraq Kəbə imamının xütbəsinə qulaq asıb. Səudiyyə Ərəbistanı Pasportlar Baş İdarəsi tərəfindən dünən verilən açıqlamada həcc ziyarəti üçün xaricdən gələn zəvvar namizədlərinin sayının 1 milyon 499 min 472-yə çatdığı bildirilib.
7NEWS.az








