Aparıcı Hacı Nuran Hüseynov geyimlərinin sosial şəbəkədə müzakirə edilməsinə münasibət bildirib.
7News.Az-ın məlumatına görə, son günlər İnstaqramda güllü lapatka, vedrə, stəkan şəkilləri paylaşılaraq "Hacı Nuranın lapatkası..." kimi sözlər yazılır. Aparıcı "ATV maqazin onlarla"ya açıqlamasında bildirib ki, bu cür şərhlər onun xətrinə dəymir:
"Bir gün ərzində möhtəşəm bir şey düzəldirəm, ondan həzz alıram. Gecə yatanda belə beynimə gəlir ki, bunu calaşdırım filan geyimlə. Şairlərə ilham necə gəlirsə, mənə də geyimlərlə bağlı elə fikirlər gəlir. Birdən təyyarədə otururam beynimə gəlir ideya, tez telefona qeyd edirəm. Gələcəyin trendini yaratmışam. indi necə paylaşırlar Hacı Nuranın lapatkası, vedrəsi... Hamının xoşuna gəlir mənim geyimlərim".

7News.Az