23 yaşlı Hacıqabul sakini dəm qazından zəhərlənib.
7news.az APA-ya istinadən verdiyi məlumata görə, Hacıqabul rayon sakini, 1992-ci il təvəllüdlü Həsənova Aidə Rafiq qızı dəm qazından zəhərlənib. O, təcili yardım maşını ilə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin bildirdiyinə görə, xəstənin vəziyyəti orta ağırdır.
7news.az








