RU
Hacıqabulda ağır qəza: Ölən var
08:49
579

Hacıqabulda ağır qəza: Ölən var

Bakı-Qazax yolunun 122-ci kilometrliyində, Hacıqabul rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib, ölən və yaralananlar var.

"MAN” markalı 50 ZA 177 dövlət nömrə nişanlı ağır tonnajlı yük maşını "Mercedes” markalı 66 BJ 952  dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində "Mercedes”də olanlardan 1 nəfər hadisə yerində ölüb, 5 nəfər isə müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb.

Faktla əlaqədar araşdırma aparılır./apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ