RU
Hacıqabulda ağır qəza - Xəsarət alanlar var
12:00
40

Hacıqabulda ağır qəza - Xəsarət alanlar var

Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.

7News.Az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı üç nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Hadisə yerinə təcili-tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ