RU
Hacıqabulda avtobus qəzası: Ölən var
15:32
286

Hacıqabulda avtobus qəzası: Ölən var

Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası olub.

7News.Az teleqraf.com-a istinadən xəbər verir ki, rayonun Padar kəndi ərazisində Sumqayıt şəhər sakini Abdulla Fətullayev idarə etdiyi "DAF" markalı avtobusla yolu keçən 35-40 yaşlı kişini vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ