RU
Hacıqabulda KAMAZ qəza törətdi
10:31
743

Hacıqabulda KAMAZ qəza törətdi

Hacıqabulda baş verən yol qəzasında bir nəfər ölüb.

Hadisə səhər saatlarında Bakı-Qazax magistralının 105-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində qeydə alınıb.

KAMAZ markalı 22 BC 360 dövlət nömrə nişanlı avtomobil aşaraq dəmir səddə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin Goranboy rayon sakini 1988-ci il təvəllüdlü Hüseynov Elvin Rabit oğlu dünyasını dəyişib.

Avtomobildə  meyiti sıxılmış sərnişini FHN-in Hacıqabul Yanğından mühafizə xidmətini xilasediciləri tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxardılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır./apa.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ