RU
Hacıqabulda maskalı şəxslər evə basqın etdilər
17:40
625

Hacıqabulda maskalı şəxslər evə basqın etdilər

Hacıqabulda evə basqın olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da şəhər sakini Qızqayıt Vəliyevanın həyətinə qarət məqsədi ilə girib onu və qızı Rəhiməni bıçaqla hədələyən, lakin səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerindən qaçmaqda şübhəli bilinən şəhər sakini Şamxal Şirinov tutulub, digər 1 nəfər isə müəyyən edilib.

Məlumata görə, evə basqın edən şəxslər maskalı olublar. Artıq hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ