Hacıqabul şəhərində yanğın hadisəsi baş verib.
7news.az report-a istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhəri, İbrahim Bayramov küçəsində qeydə alınıb.
Həmin ünvanda yerləşən 3 köhnə yaşayış binası alovlanmağa başlayıb. Hadisə yerinə Hacıqabul və Şirvan yanğından mühafizə hissələrinə məxsus texnika və canlı qüvvə cəlb olunub. Binada yaşayan 6 ailə təxliyə edilib, 1 nəfər xəsarət alıb.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
7news.az








