Türkiyənin Tekirdağ vilayətinin Malkara rayonunda yerli sakinlər polis və təcili yardım çağırıblar.
"HaberGlobal” məlumat verir ki, onlara Camiatik məhəlləsində bıçaqlı insident və yaralılar olduğu xəbəri verilib.
Hadisə yerinə gələn hüquq-mühafizə və tibb işçiləri maraqlı sürprizlə qarşılaşıblar. Məhəllə sakinləri onları əllərində tortla qarşılayıb və rəqs ediblər.








