Amerika qitəsinin ən kasıb ölkələrindən biri olan Haiti quldur dəstələrinin yaratdığı zorakılıq spiralına və hakimiyyət boşluğuna görə iqtisadi çöküş ərəfəsindədir.
7NEWS.az xəbər verir ki, uzun illərdir siyasi, iqtisadi və təhlükəsizlik böhranları kimi fundamental problemlərlə mübarizə aparan Haiti 11 milyonu keçən əhalisi ilə aclıq təhlükəsi ilə üz-üzədir. Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatlarına görə, son bir həftədə 15 min insan evini tərk edib, ilin əvvəlindən bu yana 1200-dən çox insan qrup zorakılığı ilə bağlı insidentlərdə həyatını itirib.
Ekspertlərin fikrincə, Haitidə 200-ə yaxın silahlı dəstə var və onların əksəriyyəti paytaxt Port-au-Prinsdə cəmləşib.
7NEWS.az








