RU
Haitinin cənubunda 4,9 bal gücündə zəlzələ baş verib
17:15
26

Haitinin cənubunda 4,9 bal gücündə zəlzələ baş verib


Haitinin cənubunda baş verən 4,9 bal gücündə zəlzələdə ilk təsbitlərə görə 3 nəfər həyatını itirib.

7NEWS.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin sahilyanı Ceremi şəhərində olduğunu açıqlayıb. Yerin 10 kilometr dərinliyində baş verən 4,9 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib. Haiti Mülki Müdafiə Təşkilatından verilən açıqlamada zəlzələ nəticəsində dağıntılar altında 3 cansız cəsədin olduğu, yaralılardan bəzilərinin xəstəxanalara aparıldığı, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ