Hakan Fidan Çində keçirdiyi görüşlərdə Türkiyənin BRICS-ə üzv olmaq istədiyini və bu təşkilatın Aİ-yə yaxşı alternativ ola biləcəyini açıqlayıb.
7NEWS.az xəbər verir ki, Aİ ilə Gömrük İttifaqına malik olan Türkiyənin BRİKS kimi müxtəlif platformalarda müxtəlif tərəfdaşlarla yeni əməkdaşlıq imkanları axtarmağa davam etdiyini qeyd edən Fidan, gələn həftə Rusiyada keçirilməsi planlaşdırılan BRİKS toplantısına qatılacağını bildirib. Türkiyə xarici işlər naziri Fidan əlavə edib ki, onlar Afrika ilə yanaşı Asiyada əməkdaşlığı və çoxtərəfliliyi dəstəkləyirlər.
7NEWS.az