Türkiyədə FETÖ ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində haqqında saxlanılma qərarı verilən keçmiş futbolçu Hakan Şükür "Qalatasaray” klubundan xaric olunub.
7news.Az "Hurriyet”ə istinadən verdiyi məlumata görə, klubun nəzarət-intizam qrumu bu gün keçirilən toplantıda H. Şükür də daxil olmaqla Arif Erdem, İsmail Demiriz, İstanbulun keçmiş valisi Avni Mutlu və Bursanın eks-valisi Şehabettin Harputu "Qalatasaray”ın üzvlüyündən kənarlaşdırıb.
7news.Az








