Türkiyənin əfsanəvi futbolçusu Hakan Şükürün atası Sermet Şükür polis tərəfindən saxlanılıb.
7News.Az xəbər verir ki, o, Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olmaqda ittiham edilir.
Bundan başqa Hakan Şükür və atası Səməd Şükürun mülklərinin müsadirə edilməsi barədə qərar çıxarılıb. Onların daşınmaz əmlakı, avtomobilləri, bank hesablarındakı pulları, qiymətli əşyaları müsadirə ediləcək.
Qeyd edək ki, Hakan Şükür bir müddət AKP-ni parlamentdə təmsil edən millət vəkillərindən olub.








