RU
Hakim bacısının sevgilisini döyə-döyə öldürdü – Xırdalanda dəhşət
14:26
1140

Hakim bacısının sevgilisini döyə-döyə öldürdü – Xırdalanda dəhşət

Xırdalan şəhərində bacısının sevgilisini öldürməkdə təqsirləndirilən Ələkbər Ağakişiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

7News.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Növbəti proses fevralın 14-nə təyin edilib.

İttihama görə, ötən il iyun 28-də Xırdalan şəhərində Pərviz Həbibovun evində meyiti tapılıb. İlkin məlumatda onun infarktdan öldüyü qeyd olunub.

Abşeron rayon Prokurorluğunda aparılan araşdırmalar zamanı Pərviz Həbibovun həmin il iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini Nazilə Ağakişiyevanın qardaşı Ələkbər Ağakişiyev tərəfindən evində döyülüb öldürüldüyü müəyyən edilib.

İstintaq orqanı tərəfindən Ələkbər Ağakişiyevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Ələkbər Ağakişiyev Azərbaycan Həndbol Federasiyasının beynəlxalq dərəcəli hakimi vəzifəsində çalışıb.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ