Elə bir ölkə yoxdur ki, orada keçirilən futbol çempionatlarında hakimlər hansısa bir oyunda hansısa bir səhvə yol verməsin. Lakin çox nadir hallarda hakimlər öz səhvlərini boyunlarına alırlar, rəsmən üzr istəməkdən isə söhbət belə getmir. Xüsusiylə də bizim Premyer liqada. Avropada isə şükürlər olsun ki, cəsarətli və obyektiv hakimlər hələ də var.
7News.Az məşhur “Kicker” nəşrinə istinadən xəbər verir ki, “Bavariya”- “Verder” qarşılaşmasında bremenlilərin qapısına penalti təyin edən hakim Tobias Ştiler bu klubdan üzr istəyib.
“Mən üzr istəyirəm. Hər şey bir göz qırpımında baş verdi. Mən yaxşı mövqe seçmişdim, lakin mənə elə gəldi ki, kontakt olub. Amma əslində heç bir toxunuş olmamışdı”- deyən Ştiler Arturo Vidalın simulyasiya edərək yıxıldığını və bunu yalnız təkrara baxandan sonra aydınlaşdırdığını boynuna alıb.
Xatırladaq ki, Almaniya Kubokunun yarımfinalında oynanılan “Bavariya”-“Verder” matçı 2:0 hesabı ilə münxenlilərin xeyrinə biib.








