ABŞ-ın keçmiş prezidenti Tramp 2020-ci il prezident seçkilərinin nəticələrini onun xeyrinə dəyişmək cəhdi ilə bağlı Konqresin 6 yanvarda apardığı reyd araşdırmalarının bir hissəsi olaraq Vaşinqtonda federal məhkəmədə ona qarşı irəli sürülən ittihamları boynuna almadı.
7NEWS.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp geniş təhlükəsizlik tədbirləri gördüyü paytaxt Vaşinqtonda 6 yanvar 2021-ci ildə hücumların baş verdiyi Konqres binası yaxınlığındakı Elijah Barrett Prettyman məhkəməsində hakim qarşısına çıxıb. Yerli vaxtla saat 15:30 radələrində ədliyyəyə gələn Trampın saxlanması səbəbilə ilk olaraq içəridən barmaq izləri götürülüb. Daha sonra hakim qarşısına çıxan Tramp ona qarşı irəli sürülən dörd ittihamın hamısını rədd edib.
7NEWS.az








