RU
Hakimi təhqir edən futbolçuya cəza - AFFA
17:54
582

Hakimi təhqir edən futbolçuya cəza - AFFA

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

7News.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK I divizionun 6-cı turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.

Ən ağır cəza "Göyəzən”in futbolçusu Asim Babazadəyə verilib. 

O, I divizionun VI turunda "Şərurspor”la matçın 25-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb. Klub isə  320 manat cərimə olunub.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ