Mehdiyevin adamlarına cinayət işi açıblar
Bu gün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli və Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli tutduqları vəzifədən azad ediliblər. Hər iki şəxs prezidentin keçmiş köməkçisi Əli Həsənovun ən yaxın adamları sayılırdılar. Əli Həsənov da Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kadrıdır. Məhz ona görə də Mehdiyev işdən uzaqlaşdırılmış Həsənova dərhal akademiyada iş otağı təşkil etdi. Amma ortada olan odur ki, Mehdiyevin adamları sturukturlardan təmizlənirlər. Bəzi məlumatlara görə, Səfərovla Məhərrəmlinin fəaliyyətini bir neçə müddət imiş araşdırırlarmış. Bu qurumlar baş prokurorun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən təftiş edilib, xüsusilə külli miqdarda korrupsiya halları, mənimsəmə, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, ayrı-ayrı maliyyə maxinasiyaları və sair aşkar olunub. Artıq onların əməlləri barədə sosial şəbəkədə də ciddi müzakirələr aparılır. Araşdırmaçı jurnalist Cavanşir Həsənli fikirlərini bölüşərək yazır ki, Vüqar Səfərli "büdcə siçovullarından” olsa da, makulatura anbarında böyümüşdü. Əvvəllər "vozvrat”la dolanırdı. Əli Həsənovun sayəsində büdcə dağarcığına yolu açılmışdı. Bircə faktı xatırladacağam. 2014-cü ildə jurnalistlər üçün tikintisi sifariş edilmiş ikinci yaşayış binasında 1, 2, 3 və ya 4 otaqlı (4 otaqlı mənzillərin sayı olduqca azdır) olmasından asılı olmayaraq, bir mənzilin tikinti xərci 124 min manat təşkil edib. Təsəvvür edin, tikinti sahəsi dövlət hesabına, layihə xərcləri ayrıca hesablanıb, hansısa icra strukturuna rüşvət verilməyib, tikinti və təmir xərcləri iki dəfə şişirdilib. Həmin binanın tikintisi işlərinin satın alınması üçün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Vüqar Səfərlinin və Əli Həsənovun qeyri-rəsmi şərik olduqları PORTOS MMC-yə 31 milyon 466 min 860 manat (dolların 78 qəpik olan vaxtı) vəsait ayırmışdı. Rəsmi təsisçisinin Qafar Hüseyn oğlu Qafarov adlı şəxs olduğu PORTOS MMC KİVDF-nin iki bina sifarişindən başqa heç bir tikinti həyata keçirməyib.








