RU
Hakimiyyətdə qərar anı: Nazirlər Kabineti buraxıla bilər
13:00
708

Hakimiyyətdə qərar anı: Nazirlər Kabineti buraxıla bilər

Sərdar Cəlaloğlu: "Dövlətə xidmət edən adamlar iş başına gəlməlidir”.

Tural Abbaslı: "İslahatlara Nazirlər Kabinetindən başlamaq lazımdır”

Vüsal Qarayev: "Düşüncə dəyişikliyi olmasa…”

Əli Orucov: "Köhnəlmiş idarəetmədən imtina mövcud hakimiyyətin sonu olar”

Konsititusiya dəyişikliyi ilə bağlı referendumdan sonra islahatların lokomotivinə çevrilə bilməyən Nazirlər Kabinetinin tam tərkibdə istefaya göndəriləcəyi gözlənilirdi.Hesab olunurdu ki, hakimiyyət əsasən yaşlı və islahata meyilli olmayan nazirlərdən ibarət komandanı dəyişəcək.Hökumət rəsmiləri də islahatlara gediləcəyi haqqında fikirlər səsləndirməklə bu gözləntini müəyyən qədər də olsa, gücləndirmişdi.Hətta islahat proqramının hazır olduğu vurğulanmışdı.

Amma artıq yeni ilin ilk ayı da arxada qalmaq üzrədir, ötən ilin nəticələrinə yekun vurulub, islahatla bağlı gözləntilər isə doğrulmayıb.Hökumətin bu yöndə heç bir addım atmaması, ümumilikdə proseslərin gedişi onu göstərir ki, yaxın gələcəkdə də geniş tərkibli islahat proqramının icrasını gözləməyə dəyməz.Nazirlər Kabineti nə istefaya gedəcək, nə də özündə güc tapıb islahat aparacaq.Görünən odur ki, hökumət köhnə idarəetmə sisteminə sadiqliyini qorumaqla heç bir ciddi dəyişikliyə getmək niyyətində deyil.

"Komanda dəyişməlidir”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, mövcud idarəetmə və kadrlarla heç bir islahat mümkün deyil: "İslahat adı altında atılan bütün addımlar da iqtisadiyyatın dağılmasına və böhranın dərinləşməsinə xidmət edəcək. İslahat ilk növbədə siyasi müstəvidə aparılmalıdır və komanda dəyişməlidir.Yalnız bundan sonra iqtisadi proqramlar həyata keçirilməlidir.Əks halda hökumətin atacağı hər hansı bir islahat addımını yenə də korrupsiya məhv edəcək.Bu baxımdan da hökumət heç bir islahata gedə bilməz.İslahatların aparılması Nazirlər Kabineti və idarəetmə dəyişməlidir. O adamlar hakimiyyətə gəlməlidir ki, onlar xalqa və dövlətə xidmət etsin, dövlət başçısına yox”.

"Köhnə təfəkkürlü məmurlardəyişdirilməlidir”

Ağ Partiyanın sədri Tural Abbaslı da islahatlara inanmır və fikrini bununla əsaslandırır ki, Azərbaycanda Nazirlər Kabineti formal qurumdur: "Parlamentar sistemdə Nazirlər Kabinetinin funksiyası daha fərqlidir. Azərbaycanda Nazirlər Kabinetinin özündə islahatlar aparılmalıdır və "naftalin” iyi verən məmurlar dəyişdirilməlidir.İş başına yeni düşüncəli şəxslər gətirilməli, kommunist təfəkkürüylə idarəetmə dəyişdirilməlidir.Müasir dünya dəyərləri, iqtisadi inkişaf nəzərə alınmalıdır.Bu gün dünyanın iki böyük gücündən biri olan Rusiya təklikdən əziyyət çəkirsə, Azərbaycanın hansı problemlərlə üzləşəcyi artıq bəllidir”.
Partiya sədri deyib ki, bu komanda islahat apara bilməz: "Nazirlər Kabineti hansı tərkiblə islahat apara bilər? Mən Nazirlər Kabinetinin bu tərkibindən islahat, siyasi iradə gözləmirəm.Yalnız bir nəfər siyasi iradə ortaya qoymalıdır və real güc də onun əlindədir”.

"Onlara islahat lazım deyil”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev isə Nazirlər Kabinetini "sükut içərisində olan çadır”a bənzədib. Onun sözlərinə görə, bu cür kabinet heç kimə lazım deyil: "İslahatları o hökumət aparır ki, onları xalqın güzəranı maraqlandırır. Bu hökumət üçün isə yalnız şəxsi maraqlar önəmlidir.Öz maraqları isə necə lazımdır, təmin olunur.Əgər məmurların, yüksək vəzifəlilərin güzəranı yaxşıdırsa, niyə islahat keçirib ağrımayan başlarını ağrıtsınlar?Təbii ki, bu onların yanaşmasıdır.Əslində isə anlamırlar ki, xalqı süründürməklə bir gün öz başlarını çox pis ağrıdacaqlar.Digər bir tərəfdə islahatlar aparılacaqsa, ilk növbədə illərdir eyni vəzifədə "ölümsüzləşən” məmurlar kreslolarını təhvil verməlidir.Bu olmayacaqsa, yəni düşüncə, yanaşma dəyişikliyi edilməyəcəksə, islahatın heç bir mənası yoxdur.AXCP olaraq biz xalqı düşdüyü ağır güzərandan çıxarmaq yolunu köklü, radikal islahatlarda görürük.İlk növbədə insan resurslarında ciddi, köklü dəyişikliklər, yenilənmələr olmalıdır”.

"İslahat ağrılı prosesdir”

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov isə bildirir ki, islahata getmək üçün ilk növbədə siyasi iradə lazımdır: "İslahat özü ağrılı prosesdir. İslahata getmək üçün ilk növbədə hazırlıq görülməli, yarana biləcək risklər nəzərə alınmaldıır.Ola bilər ki, mövcud hakimiyyət risklərin daha çox olacağını hesablayıb və ona görə də islahatlara getməkdən imtina edib.Amma gec-tez hökumət islahatlara getməlidir.Çünki, bu cür yaşamaq artıq mümkün deyil.Onsuz da bu gün hökumətə etimad yoxdur.Böhranın günü-gündən dərinləşməsi təhlükəli proseslər üçün zəmin yaradır.Bu baxımdan islahata getmək zəruridir.Amma bu iqtidarın islahata gedəcəyi inandırıcı deyil.Çünki, köhnəlmiş idarəetmədən imtina mövcud hakimiyyətin sonu olar.Hökumət, islahata getməsə də müəyyən "kosmetik” ixtisarlar apara bilər”.//cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ