RU
Halı pisləşən ombudsmanın səhhəti haqda YENİ XƏBƏR
12:11
712

Halı pisləşən ombudsmanın səhhəti haqda YENİ XƏBƏR

"Səhhətimdə heç bir problem yox idi. Sadəcə, jurnalist həssas olduğundan bir anı tutmuşdu".

7News.az
 xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında ötən gün Horadizdə keçirilən yürüşdə halı pisləşən Ombudsman Elmira Süleymanova deyib.

O qeyd edib ki, yürüş zamanı özünü yaxşı hiss edib: "Sona qədər də ilk sıralarda olmuşam. Bu, bir el bayramı idi. Əgər səhhətimdə hər hansı problem olsaydı, sona kimi necə yürüş edə bilərdim? Yürüş başa çatanda çıxış da etmişəm, televiziyalara müsahibə də vermişəm. Heç bir problem olmayıb".//big
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ