Braziliya millisinin futbolçusu Halk karyerasını Çində davam etdirəcək.
7News.Az xəbər verir ki, o, "Şanxay Telleys" klubu ilə müqavilə imzalayacaq. Halkın məxsus olduğu "Zenit"in futbolçusunu 56 milyon avroya satacağı bildirilir. Braziliyalı özü isə ilinə 20 milyon avro qazanacaq.
Qeyd edək ki, dünən gecə Halk tibbi müayinədən keçmək üçün Çinə gedib.








