Şamaxı rayonunda qaz sızması nəticəsində baş verən partlayışda xəsarət alan şəxs xəstəxanada vəfat edib.
Prokurorluqdan 7News.Az-a verilən məlumata görə, oktyabrın 2-də Şamaxı şəhər sakini M.Babayev yaşadığı evin hamam otağında qaz sızması ilə əlaqədar baş vermiş partlayış nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
O, aldığı xəsarətlərdən oktyabrın 3-də müalicə olunduğu xəstəxanada ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.








