Bakıda növbəti dəfə qeyri-adi evlilik təklifi edilib.

Paytaxtda yerləşən otellərdən birində baş tutan evlilik təklifi dəbdəbəsi ilə göz oxşayıb.

Pianino və skripkanın müşayiətində səsləndirilən mahnı romantik ab-hava yaradıb.

Böyük hissəsi dronla çəkilən video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çox platformalarda paylaşılaraq xeyli sayda bəyəni toplayıb.

Videonun çəkilişləri məşhur fotoqraf Cəlal Kəngərliyə məxsusdur.