Alyaskada qarlı dağda film çəkilişində iştirak edən peşəkar xizəkçi az qala ehtiyatsızlığın qurbanına çevriləcəkdi.
Kanadalı Yan Makintoş 500 metr hündürlükdən dərəyə yuvarlansa da, möcüzə nəticəsində sağ qalıb. Xizəkçinin ölümlə üzləşdiyi an kameralardan anbaan lentə alınıb.
"Cənnət gözləyir" adlı filmin çəkilişində az qala o dünyalıq olan Makintoş dağdan elə sürətlə yuvarlanıb ki, ətrafdakılar ona kömək etməyə belə macal tapmayıb. Qarla bürünmüş dağda 1.5 metr dərinliyi olan quyunun nəzərə çarpmaması adrenalin həvəskarının ölümlə üz-üzə qoyub. Quyuya düşdükdən sonra havada dəfələrlə dövrə vuraraq dağa çırpılan xizəkçi 36 saniyə ərzində ətrafdakılara qorxu dolu anlar yaşadıb.
Kanadalı xizəkçinin bəxti onda gətirib ki, o dağın ətəyində qışqıraraq dövrə vurduğu vaxt qar uçqunu qeydə alınmayıb. 500 metr yuvarlansa da, ciddi xəsarət almayan Makintoş qəzadan sonra soyuqqanlı davranışı ilə diqqət çəkib. Qorxduğunu etiraf etsə də, bu cür qəzanın normal olduğunu deyən xizəkçinin həyat devizi də olduqca iddialıdır. " Hər kəs ölür, amma heç də hər kəs yaşamır"./atv
7news.az








