RU
Hamilə alim
16:56
569

Hamilə alim "Mənə xəyanət edənin uşağını doğmaram" deyib, özünü atdı - FOTO

Türkiyənin Adana şəhərində ərinin onu aldatdığını irəli sürən 6 aylıq hamilə alim "Məni aldadan adamın uşağını doğmaram" deyərək intihara cəhd edib.

Xəstəxananın 2-ci mərtəbəsindəki pəncərədən özünü ataraq intihara cəhd edən gənc qadının ayaqları qırılıb. Bətnindəki körpəsinin vəziyyətinin yaxşı olduğu deyilir.

TƏFƏRRÜAT

G.Ç.K. adlı qadın 4 il əvvəl E.K. ilə ailə həyatı qurub. G.Ç.K. bu evlilikdən sonra ilk dəfə 6 ay əvvəl hamilə qalıb. Gənc alim ötən bazar günü evlərinin yaxınlığında olan parka gəzməyə çıxanda yoldaşını bir qadınla görüb. Bundan əsəbiləşərək evə dönən və yoldaşının onu aldatdığını düşünərək sinir böhranı keçirən gənc alim: "Mən məni aldadan adamın uşağını doğmaram" deyərək evin eyvanına çıxıb, özünü ataraq intihar etmək istəyib.

 

Hadisə yerinə gələn polislərin və yaxınlarının dilə tutduğu alim qadın fikrindən daşınıb. Qadının intihara cəhd olayı ikinci dəfə təkrarlanıb. İntiharın qarşısını alan yaxınları gəlini xəstəxanaya aparıblar. O, səhərə yaxın özünə gəldiyində xəstəxananın 2-ci mərtəbəsinin pəncərəsindən özünü atıb./milli

 

7news.Az



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ