RU
Hamilə gəlinin əri və qaynatası başını kəsib:
15:07
860

Hamilə gəlinin əri və qaynatası başını kəsib:"Balam para-para idi, boynundan qan..."-QƏBƏLƏDƏ+VİDEO

Qəbələ rayonunun Kürd kəndində qətlə yetirilən 25 yaşlı 3 uşaq anası Verdiyeva Səbinə Məzahir qızının qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.

7News.Az xəbər verir ki, bu barədə ARB TV-də süjet yayımlanıb.

S.Verdiyevanın atası Məzahir Cabbarov açıqlamasında qızının əri, qaynanası Dürdanə və qaynatası Xaliq tərəfindən qətlə yetirildiyini söyləyib:

"Son 1 il ərzində qızım həyat yoldaşı, qaynanası və qayınatası tərəfindən 5 dəfə döyülüb, xüsusi işgəncələrə məruz qalıb. Onu evə gətirsək də, həyat yoldaşı ilə bir-birlərini sevərək ailə qurmuşdular, qızım ailəsinin dağılmasını istəmirdi. Biz də valideynləri olaraq həm 3 uşaq anası olduğu, həm də hamilə olduğu üçün qızımızın qayıtmasına razılıq vermişik. Biz də ailəsinin dağılmasını istəmirdik. Sonuncu dəfə isə kənd icra nümayəndəsi Eyyub Alıyevin zəmanət verməsi ilə qızımızın əri evinə qayıtmasına razılaşdıq”.

M. Cabbarov qeyd edib ki, qızının qaynanası və qaynatası onun ailəsinin dağılmasını istəyirmiş:

"Bir həftə əvvəl Xaliq Verdiyev küçədə qarşımı kəsdi, dedi ki, Səbinə yenidən əri evinə qayıtsa, onu öldürəcəklər. Ancaq biz sonuncu dəfə də 3 uşaq anası, hamilə olduğunu və həyat yoldaşı ilə bir-birini sevdiyi, həm də kənd icra nümayəndəsinin zəmanət verməsi səbəbindən onun geri qayıtmasına razılıq verdik. Ancaq onlar ailəsinin dağılmamasını istəyən qızımı xüsusi amansızlıqla öldürdülər. Tək Xəyal deyil, atası Xaliq və anası Dürdanə də həbs edilməlidir”.

M. Cabbarov bildirib ki, bu ilin mart ayında qızının amansızlıqla döyülmüş, burnu qırılmış vəziyyətdə çəkilmiş fotoşəklini polisə təqdim edib, tədbir görülməsini istəyib, lakin polis heç nə etməyib.
 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ