Həkim bildirib ki, aktrisa ona qarşı olan sevgini görməkdən həzz alır. O, hətta günü-gündən böyüyən qarnını da çəkinmədən əli ilə tutaraq gözlər önünə sərgiləməkdən utanmır, əksinə hər kəsin onu belə vəziyyətdə görməsini istəyir.
Cudi onu da deyib ki, hazırda hər kəsin ona olan münasibətini gülümsəyərək yola verən Markl övladını dünyaya gətirdikdən sonra aqressivləşə bilər.
"Fikir versəniz, fotoların çoxunda Meqan bir əli ilə şahzadə Harrinin, digər əli ilə qarnını tutur. O, bununla demək istəyir ki, həm Harriyə, həm də uşağa sahiblənib", - deyə Ceyms əlavə edib.



7News.Az








