Hamilə gənc qız iş müsahibəsi üçün getdiyi fabrikdə dəhşətli şəkildə ölüb
Belarusda xadimə işləyən 21 yaşlı hamilə Ümidə Nəzərova iş müsahibəsi üçün getdiyi qaynaq məftilləri və elektrodlar istehsal edən zavodda bədbəxt hadisə nəticəsində ölüb.
Nəzərova iş müsahibəsinə gedərkən ani diqqətsizlik nəticəsində saçları aparata ilişib və nəticədə qadın boğularaq ölüb.
Onun atası Dmitri qızının ölümündən sonra fabrik rəhbərliyini günahlandırıb və təhlükəsizlik qaydalarının pozulduğunu bildirib.
"İki can aldılar, qızım yeddi həftəlik hamilə idi. Gördülər ki, saçları uzundu, niyə saçını örtmək üçün bir şey vermədilər?”
Məlumata görə, Belarus məhkəməsi adı açıqlanmayan fabrikin istehsalat müdirini "səhlənkarlıq ucbatından xidməti vəzifələrini yerinə yetirməmək və insan ölümünə səbəb olmaq” ittihamı ilə cəzalandırıb. /olke


7NEWS.Az








