Manisanın Turqutlu rayonunda 4 aylıq hamilə bir qadın parkda idman edərkən naməlum bir kişinin hücumuna məruz qalıb.
Deyilənlərə görə, qırmızı rəngli bir avtomobildən enən şəxs Tirelinin qışqırtısından sonra hadisə yerindən qaçıb. Tireli yaşadığı o dəhşətli anları belə ifadə edib:
""Hamiləyəm, nə olar, vurma", - deyərək yalvardım. Nə olduğunu anlamadım. Gözü dönmüş adam vurmağa davam etdi. Yerə yıxıldım, başım səkiyə dəydi. Üzərimə çıxıb üzümə təpik vurmağa başladı. Həm söyür, həm də vururdu. Həmin an körpəmi itirdiyimi düşündüm. Sonra birdən qaçdı.//big.az








