Əmək Məcəlləsində dəyişiklik müzakirəyə çıxarılıb.
7News.Az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında sözügedən dəyişikliklə bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O qeyd edib ki, bu dəyişiklik ailə öhdəliklərinin yerinə yetiriilməsi ilə bağlıdır: “Bu, həmçinin ailədə uşaqlara daha yaxşı qulluq etmək məqsədi daşıyır. Bundan sonra iş vaxtı 36 saatdan artıq olmamalıdır. Beləliklə də, 91-ci maddənin 2-ci hissəsinə "hamilə və yaşyarımadək uşağı olan qadınlar" sözlərindən sonra "və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər" sözləri əlavə edilir”.
Millət vəkili Fazil Mustafa isə deyib ki, 3 yaş məsələsini bir qədər də artırmaq lazımdır. Birinci vitse-spiker isə cavab olaraq qeyd edib ki, hələ ki imkanları buna çatır: “ 3 yaşından beş yaşına kimi maliyyə xərcləri məsələsi var. Bunları hesablamaq lazımdır. Hələliksə, imkanımız buna yetir”.








