RU
“Hamınız lobbi əsiri, tapşırıq qullarısınız!” –
23:37
906

“Hamınız lobbi əsiri, tapşırıq qullarısınız!” –

“Bu tip qurumların Avropa Konvensiyasının müddəalarından danışması, Beynəlxalq öhdəliklərdən dəm vurması, hansısa məhkəmə hökmünə və ya hökmlərinə etiraz etməsi gerçəkdən absurddur. O mənada absurddur ki, özləri lobbi əsirləridir, tapşırıq qullarıdır, ikili, üçlü standartların müəllifləridir. Ayrıca, demokratiyanın, haqqın - ədalətin də anasını ağlar günə qoyan təsisatlardır.”

Bu fikirləri Aktual.az-a Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev AŞPA Monitorinq Komitəsinin Azərbaycanla bağlı yaydığı neqativ ruhlu bəyənata cavab olaraq bildirib.


“Necə olur ki, bir ölkənin işğal olunmuş 20 faiz torpağına, vətənindən didərgin düşmüş 1 milyon qaçqının taleyinə 23 ildir biganə qalmağı bacarırsan, amma öz verdiyin təlimatlarla çalışan, özünə “işləyən”, öz yetirmən olan fərdlər, siyasi xainlər sənin üçün bu qədər əziz, bu qədər vazkeçilməz olur, hə?! Necə olur ki, Dağlıq Qarabağa aid ərazilərin qeyd – şərtsiz boşaldılması haqda BMT qətnamələri illər uzunu görməzdən keçilir, amma allı – güllü Xədicə bir an içindəcə qlobal müzakirələrinizin əsas predmetinə çevrilə bilir, hə?!

Kimdir, o sahib çıxmağa çalışdığınız hüquq müdafiəçiləri? Hansıdır? Leylamı, Anarmı yoxsa Xədicəmi?! Onların hüquq anlayışından, dövlət marağından, milli mənsubiyyətdən xəbərləri varsa mənim üzümə lənət! Yoxdur! Bu cinayətkarların heç bir insanlıq protokolundan, şəffaf fəaliyyətdən, hətta mexaniki tərbiyədən belə xəbərləri yoxdur. İşləri – gücləri, bütün amalları yalnız və yalnız pul “qırmaqdan”, dövlətə “atmaqdan”, vergidən yayınmaqdan, kimlərisə öz çamurlu əlləri, dilləri, barmaqları, zehniyyətləri ilə ləkələməkdən ibarət olub. Üstəlik, insafsızca, xaincə, ədalətsizcə, namərdcə! Bax ona görə indi qanun qarşısında cavab verirlər, hüququn tələb etdiyi məsuliyyətdən yan qaça bilmirlər, layiq olduqları cəza ilə baş – başadırlar”- deyə Partiya sədri fikirlərinə davam edib./aktual

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ