"Hammer"lə universitetin bağçasında şütüyənə 14 gün həbs verildi.
Moskvanın Nikulin rayon məhkəməsi Moskva Dövlət Universitetinin ərazisinə daxil olub səkidə və qazonun üzərində hərəkət edən albalı rəngli "Hummer" sürücüsünə 14 gün həbs cəzası verib.
Bu barədə TASS agentliyinə məhkəmənin mətbuat katibi A.Samoxodkina məlumat verib.
Şahidlərin çəkdikləri kadrlara əsasən, "Hummer" yolun hərəkət hissəsindən çıxaraq universitetin ərazisinə daxil olur, orada səkilərin və qazonların üzəri ilə hərəkət edir, yenidən yolun hərəkət hissəsinə çıxır. Daha sonra buzda ilişib qalır. Şahidlər bildirirlər ki, avtomobildə bir neçə nəfər olub, sükan arxasında isə qız oturmuşdu.
Məlum olub ki, avtomobilin sürücüsü əvvəlcə güman olunduğu kimi, qız deyil, Aleksey Smagin adlı şəxsdir.//virtualaz.org
7News.az
Videonu izləmək üçün şəklə klikləyin:










