RU
Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - YENİLƏNİB
14:10
27

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - YENİLƏNİB

Tehranda öldürülən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin dəfn mərasimi avqustun 2-də Qətərin Lusail şəhərində keçiriləcək.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə HƏMAS məlumat yayıb.

Məlumata görə, vida mərasimi avqustun 1-də İranda baş tutacaq.

11:26
Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin dəfn mərasimi sabah Tehranda keçiriləcək.
7News.Az xəbər verir ki, bu barədə İranın "Mehr” agentliyi məlumat yayıb.

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ