Varşavalı “Hannibal” ixtisasca italyan dili müəlliməsi olan bir qadını samuray qılıncı ilə öldürüb.
Varşavalı kitabxanaçı 27 yaşındakı Kajetan Poznanski törətdiyi cinayətə görə “Europol” (Avropa polisi) tərəfindən axtarılır.
Polis qadının 30 yanvar-3 fevral tarixləri arasında evində öldürüldüyünü təxmin edir. Polisin məlumatına görə, Kajetan samuray qılıncı ilə əvvəl qadının başını kəsib, sonra isə bədənini hissələrə ayırıb. Qatil izi itirmək üçün qadının evini yandırıb.
Qadının yanmış bədəninin hissələri yanğını söndürməyə gələn yanğınsöndürənlər tərəfindən fevralın 3-də tapılıb.
Polis xəbərdarlıq edib ki, Katejan xarici görünüşünü dəyişdirə və Polşanı tərk edə bilər. Onun adının daha əvvəl heç bir cinayətdə hallanmadığı bildirilir.
Katejanın samuray qılınclarından ibarət kolleksiyasının olduğu deyilir. Onun “Hannibal Lecter” adlı filmin əsas obrazına da heyran olduğu bildirilir./publika
7news.az








