Vyetnamın paytaxtında yan küçələrdən birində yerləşən 24 nəfərin yaşadığı yaşayış binasında yanğın baş verib. İlkin məlumata görə, yanğın zamanı azı 14 nəfər ölüb.
7NEWS.az xəbər verir ki, mayın 24-ü cümə günü səhər saatlarında Vyetnamın paytaxtı Hanoyda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Polis ilkin məlumatlara görə, yanğın zamanı azı 14 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını açıqlayıb. Vyetnam İctimai Təhlükəsizlik Nazirliyinin yanğınla bağlı verdiyi açıqlamada bildirilib ki, yanğınsöndürmə qrupları paytaxtın yan küçələrindən birində yerləşən yaşayış binasında baş verən yanğından 7 nəfəri xilas edib.
7NEWS.az








