Səhiyyə Nazirliyinin Kollegiyası “Səhiyyə müəssisələrində həkimlərin müsabiqə yolu ilə mərkəzləşdirilmiş qaydada işə qəbulu Qaydaları”nda dəyişikliklər edib.
Edilən dəyişikliklər Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə müəssisələrində vakant elan edilmiş vəzifələrə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu qaydalarını müəyyən edir.Səhiyyə müəssisələrində həkim ixtisası üzrə nəzərdə tutulan vəzifələrə qəbul müsabiqə əsasında edilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. İndiyə qədər bu qaydalar səhiyyə müəssisələrinin rəhbərləri və onların müavinlərinə, həmçinin müəssisələrin struktur bölmələrinin rəhbərlərinə şamil edilməyib. Yəni onların işə qəbulu müsabiqə əsasında həyata keçirilməyib.Dəyişikliyə əsasən bundan sonra dövlət proqramı ilə xaricdə təhsil alan şəxslərə də şamil edilməyəcək.
7News.Az








