Ağciyərlər gecə saat 3-dən səhər 5-ə kimi aktiv işləyir.
Saat 5-dən 7-yə kimi qalın bağırsağın fəaliyyəti başlayır. Bu aralarda ayağa qalxmısınızsa, yaxşı olar ki, su içəsiniz, həmçinin quru meyvələr yeyə bilərsiniz.
7-dən 9-a qədər mədə işləməyə başlayır. Bu vaxtlarda yaxşı olar ki, sıyıq və müsli yeyəsiniz. Bunlara meyvə və qoz qatmaq da olar.
Bir az sonra saat 9-dan 11-ə kimi mədə istirahət edir. Mədəaltıvəzi aktiv çalışmağa başlayır. Yaxşi olar ki, meyvə və ya yağsız qatıq yeyilsin. Günorta naharına yaxın 11-dən 13-ə qədər ürək aktiv çalışır, yemək yeyilməsi məsləhət deyil. Əgər yemək yeyilərsə, şorba, ya salat yeyilməsi məsləhətdir.
13-dən 15-ə qədər yoğun bağırsaq aktiv hərəkət edir.
Böyrəklər və sidik kisəsi 15-dən 19-a kimi intensiv işləməyə başlayır. Bu aralarda çoxlu maye içmək lazımdır. Axşam yeməyinə toyuq, balıq, krivetka, həmçinin qarnir kimi pörtlənmiş tərəvəzlər məsləhətdir.
Saat 19-dan 21-ə kimi böyrəklərin istirahət vaxtıdır. Buna görə, bu aralar mayeni az içmək lazımdır, həmçinin yemək lazım deyil. Bu saatlarda qan dövranı intensiv hərəkət edir. Axşam gəzintisi üçün ən yaxşı vaxtdır.
21-dən 23-ə kimi istədiyiniz işlə məşğul olmaq olar.
23-dən 01-ə kimi mədəaltıvəzin funksiyası işə başlayır. Qətiyyən heç bir yağlı qida yemək olmaz. Yalnız az meyvə yeyə bilərsiniz. Gecə 1-dən 3-ə kimi qaraciyər işləyir.
Yaxşı olar ki, bu saatlarda hər kəs özünə diqqət etsin. Qidalanmasını vaxtında yerinə yetirsin. Səhər yeməyi ilə günorta yeməyi və naharla axşam yeməyi arasında 5-6 saat ara olmalıdır. Axşam yeməyi ilə yuxu vaxtı arasında 3-4 saat vaxt olmalıdır.
7News.az








