Qaynana gəlin münasibəti ailə daxilində aktuallığını itirməyən və daima gündəmdə olan məsələlərdəndir.
Qadın ərə gedir, həyat yoldaşı ilə bərabər, qaynana da qazanır. Hələ bilinmir sonrakı günlərdə qaynana ilə hansı konfliktlər olacaq. Və əksər ailələlərdə qaynana-gəlin arasındakı münasibətlər gərginləşməyə başlayır. Bu gərginlik nədən yaranır? Bəzən bu münaqişəyə qısqanclıq daha çox təsir edir. Həmçinin, qaynana təzə evlənmiş cütlüklərlə bir evdə yaşayanda, gərginlik daha çox sezilir.
Gəlin düşdüyü evin qanunlarına hörmət edib onu qəbul etməlidir. Bu gün gənclər arasında nə qədər sərbəstlik varsa, gəlin qaynana, qaynata yanında həm onların yaşına, həm də qoyulan qanunlarına bir o qədər hörmət etməlidir. Çünki o düşünməlidir ki, zamanla özü də qaynana olacaq. Ata evində etdiyi şıltaqlıqları, qısqanclıqları kənara qoymalıdır. Gəlin düşdüyü evdə problemsiz yaşamaq istəyirsə, ən əvvəl bir neçə müddət ailə, nəsili, qohumları tanıyana kimi müşahidə etməlidir. Və sonra ağılla hərəkət etməlidir.
Qaynana isə, məsəl var “gəlin gəlin olmaz düşdüyü ocaq gəlin olmasa” deyərlər. Qaynana gəlinin xarklterini bir müddət çözməlidir. Və yaxşı olar ki, gəlinə öz qızı kimi davransın. Həmçinin daim arada hörmət münasibətini qorumaq şərti ilə. Azərbaycan mentalitetində bu problemlər sözbazlıqdan, savadsızlıqdan, “bizdə belə idi, sizdə elə deyi” məsələləri şişirdilmiş hala gəlib çıxmasından dolayı, problemlər də çoxalır.
Bu münasibətlərin normal halda getməsi üçün ən ağır məsuliyyət oğlun üzərinə düşür. Biri illərlə onun əziyyətini çəkib böyüdən ortalığa çıxaran valideyn, digəri sevib neçə qızın içindən seçdiyi qadın. Burada artıq hissə qapılmaq olmaz. Yalnız ağılla düşünüb hərəkət etmək lazımdır.
Psixoloqların araşdırmasına görə, 2 cür qaynanalar var. İdarəedən və araşdıran. Gəlin bu tipləri müşahidə edib öyrənməlidir. İdarəedən qaynananlar istəyir ki, hər şeyi öz üzərinə götürsün. Gəlin buna razı olarsa, belə qaynanalarla yola getmək asandır. Belə qadınlar xoşlayır ki, gəlinləri onları ilə hər işdə məsləhətləşsin. O da öz böyüklüyünü hiss etsin. Gəlin bununla razılaşarsa, konfliktlər də az olar.
İkinci tip qaynanalar araşdıranlardır. Bu tip qaynanalar bir az təhlükəli sayılır. Onlarla mehriban davranış da, aqressiv davranış da münaqişəyə səbəb olacaq. Ən yaxşısı münasibəti azaltmaq məsləhətdir. Və onun hirsli vaxtlarında sakit durmaq daha məsləhətlidir. Belə münaqişələr zamanı qaynana istəyir ki, oğlu ancaq onu dəsətkləsin.
7News.Az








