RU
Hansı yağlar təbii və keyfiyyətlidir - Aldanmamaq üçün nə etməli?
20:20
8948

Hansı yağlar təbii və keyfiyyətlidir - Aldanmamaq üçün nə etməli?

Azərbaycanda son günlərdə “Palma” yağı ilə bağlı bir çox fikirlər, iddialar ortaya atıldı. İddia olunur ki, satış mərkəzlərində satılan yağlar arasında kərə yağı adı ilə təqdim olunan sağlamlığa zərərli “Palma” yağları da var.

Məlumatlarda qeyd olunur ki, Azərbaycana 40 min tondan çox “Palma” yağı idxal olunub ki, kq-ı dünya bazarında 60 qəpik olan bu yağ ticarət mərkəzlərində əhaliyə kərə yağı adı ilə 2-4 manata satılır. Bu yağ ancaq texniki istehsal üçün yararlıdır, birbaşa əhaliyə satış üçün nəzərdə tutulmayıb. Əsl kərə yağı ancaq inək südündən hazırlanır.

Əlbəttə, bu xəbərlər istehlakçıların narahatlığına səbəb olub. Bəs alıcılar bu vəziyyətdə nə etməlidirlər, saxta və təhlükəli “kərə yağları”nı necə tanımaq olar, belə yağların sağlamlıq üçün hansı təhlükələri var? Azadinform əməkdaşı bu kimi suallara aydınlıq gətirmək üçün araşdırma aparıb, kərə yağı satışı ilə məşğul olan şirkətlər və ekspertlərlə görüşüb.

Hansı yağlar təbii və keyfiyyətlidir?

Məsələ ilə əlaqədar ölkə bazarlarında daha çox məşhur olan və Yeni Zelandiyada istehsal olunan “Westgold”, “Golden Crown” kərə yağlarının Azərbaycanda rəsmi distribütoru “West Product Marketing” Şirkəti ilə əlaqə saxladıq. Şirkətin həmtəsisçisi, Yeni Zelandiyada fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri Qalib Mahmudov bizimlə telefon söhbətində bildirildi ki, “Westgold” və “Golden Crown” kərə yağları Yeni Zelandiyada istehsal olunur və paketlənir, daha sonra isə digər ölkələrlə yanaşı, Azərbaycana da idxal olunur. Hər iki yağ Azərbaycan dövlətinin müvafiq qurumları tərəfindən yoxlanılır və Uyğunluq Sertifikatı alır.

Aldanmamaq üçün nə etməli?

Qeyd edək ki, hər bir istehlakçı aldığı yağın məhz inək südündən hazırlanan kərə yağı olduğuna əmin olmalı, tərkibində bitki yağı olan və kərə yağı adı ilə satılan spredləri fərqləndirməlidir. Buna şahid olmaq üçün mütəxəssis olmağa da ehtiyac yoxdur. Belə ki, yağ paketinin üstündə istehsalçı barədə məlumat və barkod ilə tanış olmaq kifayətdir.
Məlumat üçün bildirək ki, Yeni Zelandiya 940 - 949 barkod prefiksləri, Azərbaycan məhsulları isə 476 barkod prefiksi ilə satışa çıxarılır.

7news.az

 


 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ