7NEWS.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Meksika sərhədinə səfər edib. Sərhəd təhlükəsizliyini artıracağını və Fentanil narkotik dərmanının ölkəyə girişinin qarşısını alacağını vəd edən Harris, ölkəyə qeyri-qanuni yollarla daxil olanların daha sərt cəzalarla üzləşəcəyini, tutulanların isə 5 il müddətinə yenidən ölkəyə girişinə qadağa qoyulacağını açıqlayıb. Sərhəd təhlükəsizliyi üçün resursların artırılacağını da vurğulayan Harris bu mövzuda Respublikaçı rəqibi Donald Trampı tənqid edib.








