RU
Haşdi Şabi Telafərdə hava limanına yaxınlaşıb
20:45
392

Haşdi Şabi Telafərdə hava limanına yaxınlaşıb

İraqdakı Mosul əməliyyatına qatılan Haşdi Şabi şiə silahlıları Türkmən şəhərinin cənubunda yerləşən hava limanına çatdıqlarını bildirib.

17 oktyabr tarixindən başlayan əməliyyatda iştirak edən qruplaşma Telaferə doğru irəliləyir. İraq sərhəddinə qoşun yığan Türkiyə Haşdi Şabi silahlılarının Telaferə girməsinin əleyhinədir.

Hal-hazırda Telafer şəhər mərkəzindən hava limanına 25 km-lik məsafə qalıb. Türkiyə baş ordu gərargah rəisi Hulusi Akar bu xəbərdən sonra sərhəddəki ordu birləşmələrini nəzarətdən keçirib. Eyni zamanda Ankaraya səfər edən Amerikalı general Cozef Danfordla da bu məsələni müzakirə edib.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ