"Rusiya istisna olmaqla, OPEK-ə üzv olmayan ölkələr təşkilatın Əlcəzair sazişinə dəstək olacaqlarını bəyan ediblər”.
7news.Az "Ria Novosti”yə istinadən verdiyi məlumaat görə, bu barədə OPEK-in baş katibi Məhəmməd Barkindo "Blomberq”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu ölkələrin iştirakı ilə neft hasilatının həcminin dondurulması məsələsindən danışmaq hələ tezdir və təşkilat Əlcəzair sazişinin həyata keçirilməsinə sadiq qalır.
Baş katib həmçinin söyləyib ki, noyabrın 30-da Vyanada növbəti görüş keçiriləcək.
Qeyd edək ki, 2016-cı ilin sentyabr ayında əldə olunan Əlcəzair sazişinə əsasən, OPEK-ə daxil olmayan ölkələr danışıqlarda iştirak etmək üçün dəvət alıblar.
Xatırladaq ki, OPEK-ə üzv ölkələrin texniki görüşü oktyabrın 29-da Vyanada olub. Görüşdə Azərbaycan, Rusiya, Qazaxıstan, Meksika, Braziliya və Omanın İqtisadiyyat nazirləri iştirak edib.
7news.Az








