RU
Hatayda əşyalarını götürmək üçün evlərinə girən üç nəfər dağıntılar altında qaldı - FOTO
13:30
168

Hatayda əşyalarını götürmək üçün evlərinə girən üç nəfər dağıntılar altında qaldı - FOTO

Hatayda 6,4 bal gücündə zəlzələ zamanı Antakya rayonunda bəzi qəzalı binalar çöküb.

Qəzalı vəziyyətdə olan 3 mərtəbəli binadakı evlərinə əşyalarını götürmək üçün girən dörd nəfər dağıntılar altında qalıb. Onlardan yalnız biri çölə çıxa bilib.

Bölgədə axtarış-xilasetmə işlərinə başlanılıb.

Dağıntılar kifayət qədər risklidir və ardıcıl olaraq baş verən təkanlar səbəbindən axtarış-xilasetmə qrupları işlərini davam etdirməkdə çətinlik çəkirlər.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ