Türkiyədə zəlzələdən əziyyət çəkən şəxslər üçün Hataya göndərilən minlərlə geyim yolun kənarına atılıb.
7News.Az "Hürriyet”ə istinadən xəbər verir ki, geyimə ehtiyacı olan şəxslər Yayladağ-Hatay yoluna gələrək sözügedən bu geyimlərdən özlərinə uyğun olanını seçməyə çalışırlar.
Sakinlər geyimlərin əraziyə kim tərəfindən gətirildiyini və atıldığını bilmədiklərini söyləyiblər. Bununla bağlı görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.











