Ümumqoşun birlik və birləşmələri hava hücumundan müdafiə bölmələrinin planlı təlim-məşqləri keçirilib.
Bu barədə 7News.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Praktiki döyüş atışları ilə icra olunan məşqlərdə şəxsi heyət şərti düşmənin hava hədəflərini aşkar edərək onları daşınan zenit-raket komplekslərindən məhv ediblər.
7News.Az








