RU
Hava limanı və FHN-də “iş düzəldən” şəxsə hökm oxundu
09:48
543

Hava limanı və FHN-də “iş düzəldən” şəxsə hökm oxundu

Hüseynov Hacıyevin 12000 manat pulunu ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Sərdar Hüseynovun (1960-cı il təv.) CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Ötən ilin avqust ayında Sərdar Hüseynov Ülviyyə Cəfərovanın etibarından sui-istifadə etməklə ona, qardaşı Murad Nəcəfovu Heydər Əliyev adına Beynəlxalq Hava Limanına mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə söz verib, aldadaraq Nəsimi rayonunda, K.Səfərəliyev küçəsindəki 75 saylı binanın qarşısında 2100 manat məbləğində pulunu alıb ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurub.

Bundan başqa, Sərdar Hüseynov eyni niyyətlə İsmixan Hacıyevin etibarından sui-istifadə edib ona, əvvəlcə oğlu İmamverdini FHN-nin Kadrlar Şöbəsinə işə qəbul etdirəcəyinə söz verib, aldadaraq həmin il sentyabrın 10-da Nərimanov rayonunun H.Əliyev prospektində yerləşən 9 saylı notariat kontorunun qarşısında 12000 manat pulunu alıb ələ keçirib.

Məhkəmə prosesində Sərdar Hüseynov ittiham üzrə özünü qismən təqsirli bilərək, dostu Oruc Nəcəfovun qızı Ülviyyə Cəfərova ilə görüşərək ondan 2100 manat pul aldığını və sonuncuya təxminən 2 ay ərzində Murad Nəcəfovu işə düzəldəcəyini vəd etdiyini bildirib. Ancaq o, aldığı pulu öz ehtiyaclarına sərf edib xərcləyərək heç bir iş görməyib.

Bu səbəbdən də, Oruc Nəcəfov ondan pulu qaytarmasını tələb etməyə başlayıb, lakin maddi imkanı olmadığı üçün həmin məbləği qaytara bilməyib. Analoji yolla o, tanışı Fəxrəddin Cəfərovun qohumu İsmixan Hacıyevi aldadıb və geci 15 gün ərzində oğlu İmamverdini işə düzəldəcəyini söz verib.

Sonuncu hər dəfə zəng edib işlə maraqlanan zaman Sərdar ondan aldığı 7000 pulu xərclədiyi üçün, müxtəlif bəhanələrə görə vaxtı uzadıb. Aldığı pulu qaytara bilmədiyi üçün İsmixan Hacıyev onun barəsində Nərimanov RPİ 18-ci polis bölməsinə şikayət edib və bu il mayın 29-da həbs olunub.

Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib və hərtərəfli təhlil edərək belə nəticəyə gəlib ki, Sərdar Hüseynovun nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması, özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ