RU
Hava qüvvələri komandiri girov götürülüb
13:16
1035

Hava qüvvələri komandiri girov götürülüb

Hərbi çevriliş zamanı Hava Qüvvələri Komandiri, orgeneral Abidin Ünal toydan qaçırılaraq girov götürülüb.

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən axşam Eskişehirdəki Hava Qüvvələri Komandiri, orgeneral Mehmet Şanverin qızının toy mərasimində dəhşətli anlar yaşanıb. Əvvəlcə toyun baş tutduğu məkan vertolyotdan atəşə tutulub.

Daha sonra vertolyotdan enən əsgərlər general və komandirləri girov götürüb.

Hazırda hökümət onların yerini təsbit etməyə çalışır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ